Rusiyanın idman naziri dopinq qalmaqalına görə məsuliyyəti öz üzərinə götürüb

Rusiyanın idman naziri dopinq qalmaqalına görə məsuliyyəti öz üzərinə götürüb
# 11 mart 2016 11:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın idman naziri Vitali Mutko ölkədə dopinqlə bağlı yaranan vəziyyətə görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Mutko aparıcı idmançıları müdafiə edəcək sistemin yaradılmasının lazım olduğunu söyləyib: “İdman nazirliyinin başçısı kimi Kulijnikov və Bobrovaya görə məsuliyyət daşıyıram. Mən kollektiv cavabdehliyi bölüşürəm”.

Qeyd edək ki, son günlər meldonium preparatını qəbul etdiklərinə görə bir neçə tanınmış Rusiya idmançısı beynəlxalq yarışlardan kənarlaşdırılıb. Onların arasında məşhur tennisçi Mariya Şarapova, fiqurlu konkisürmə üzrə tanınmış idmançı Yekaterina Bobrova və digər idmançılar var.

Meldonium preparatı Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2016-cı il yanvarın 1-dən qadağan olunmuş preparatlar siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR