Müdafiə Nazirliyinin idarə rəisi: “Orduda xəstəlik halları azalıb”

Müdafiə Nazirliyinin idarə rəisi: “Orduda xəstəlik halları azalıb”
# 02 mart 2016 11:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Müdafiə Nazirliyinə aid olan bütün əşya-əmlak və ərzaq məhsullarının, təbii ki, ət, kartof və soğandan başqa, hər birinin üzərində “Satışı qadağandır” və “Müdafiə Nazirliyinə məxsusdur” sözləri qeyd olunub”.

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Münasib Babayev deyib. O bildirib ki, Silahlı Qüvvələrdə döşək ağları, bütün dəsmallar hamısı yeni sistemdə dəyişdirilib: “Əşya-əmlak Azərbaycanda hazırlanır. O cümlədən geyim formaları iqlimə uyğun şəkildə tərtib olunur”.

M. Babayev qeyd edib ki, yataq dəstləri və geyim formasının dəyişdirilməsi Silahlı Qüvvələrdə çox böyük dönüş yaradıb: “Silahlı Qüvvələrdə yataq dəstlərinin dəyişdirilməsi və şəxsi heyətin yeni geyim formasına keçməsi nəticəsində orduda çox saylı xəstəlik halları azalıb”.

İdarə rəisi əlavə edib ki, əşya əmlakın müayinəsi və keyfiyyətinə nəzarət edən laboratoriyalar fəaliyyət göstərir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR