Qazaxıstanda teplovoz avtobusla toqquşub, 17 nəfər yaralanıb

Qazaxıstanda teplovoz avtobusla toqquşub, 17 nəfər yaralanıb
# 11 avqust 2016 05:41 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın Jezkazqan şəhəri yaxınlığında teplovoz avtobusla toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər yaralanıb, ölən yoxdur.

Məlumata görə, “Kazaxmıs” şirkətinə məxsus avtobusda mis mədəninin fəhlələri olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR