Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb
# 04 dekabr 2015 06:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.

İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR