Xaçmazda yaşayış evində yanğın olub

Xaçmazda yaşayış evində yanğın olub
# 01 yanvar 2016 12:22 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda yaşayış evi yanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndində
qeydə alınıb.

Kənd sakini 1952-ci il təvəllüdlü Mahmudov Gizir İbrahim oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 3 otaq, bir aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 kv/m sahədə, bir otağın 18 kv/m-i isə ev əşyaları ilə birlikdə yanıb.

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsindən 2, Xudat
Yanğından Mühafizə Bölməsindən 1 maşın cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR