Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb

 Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər ölüb
# 21 dekabr 2015 10:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günlərində baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər xəsarət alıb.

Dekabrın 20-də isə respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR