Azərbaycan prezidenti Göyçayda Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib - FOTO

Azərbaycan prezidenti Göyçayda Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib  - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 18:46 (UTC +04:00)

APA-nın məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR