Qaradağ rayonunda “Gənclər evi” istifadəyə verilib

Qaradağ rayonunda “Gənclər evi” istifadəyə verilib
# 30 dekabr 2015 11:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilmiş “Gənclər evi” istifadəyə verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü ildən tikintisinə başlanılmış mərkəz 3 mərtəbə və zirzəmidən ibarətdir. Mərkəzin 1-ci mərtəbəsində Gənclər və İdman idarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin foto guşəsi yerləşir. 2-ci mərtəbəyə internet klub, texnika və ixtiraçılar klubu, vətənpərvərlik klubu, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat (masa üstü oyunlar) və musiqi dərnəyi daxildir.

3-cü mərtəbədə isə video studiya, gənclər üçün qaynar xətt xidməti, “Gənclər evi” müdiriyyətinin inzibati otaqları və s yerləşir. Mərkəzin zirzəmisinə xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası, texniki otaqlar daxildir.

Qeyd edək ki, mərkəzin tikintisi 2015-ci ilin may ayında başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR