AŞPA məruzəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

AŞPA məruzəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
# 26 oktyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Aqustin Konde, həmçinin Hüquqi məsələlər və İnsan haqları komitəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatın məruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcəklər.

Onlar 30 nəfərlik AŞPA seçki müşahidə missiyasının tərkibinə daxildirlər.

Müşahidə missiyasının Azərbaycana səfəri oktyabrın 30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR