Azərbaycan bank sektorunun məcmu kapitalı 1%-dən çox azalıb

Azərbaycan bank sektorunun məcmu kapitalı 1%-dən çox azalıb
# 08 yanvar 2016 15:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin dekabrın 1-nə bankların məcmu kapitalının həcmi 4 222 mln. manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. Bu, noyabrın 1-nə nisbətən 129,9 mln. manat və ya 3,17% çoxdur.

Ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 64,5 mln. manat və ya 1,55% artıb.

Əlavə edək ki, ilin əvvəli ilə müqayisədə 1,12% və ya 47,7 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR