Misirdə miqrantları daşıyan qayıq batıb, ölü sayı artır

Misirdə miqrantları daşıyan qayıq batıb, ölü sayı artır
# 23 sentyabr 2016 19:05 (UTC +04:00)

Bakı-APA. Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR