Dağıstanda hərbi maşın partladılıb, ölən və yaralananlar var

Dağıstanda hərbi maşın partladılıb, ölən və yaralananlar var
# 29 mart 2016 22:53 (UTC +04:00)

Bakı-APA. Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə bir hərbçi ölüb.

Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.

İnsident Mahaçkala yaxınlığında yerli vaxtla 21.00 radələrində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR