Quba sakinindən narkotik götürülüb

Quba sakinindən narkotik götürülüb
# 12 avqust 2016 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayon sakində narkotik vasitə aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə Abdulrəhmanovdan 10,07 qram, “Saipa” markalı avtomobilinə baxış zamanı isə əlavə olaraq 420 qram marixuana aşkar edilərək götürülüb.

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini Tamella Nəsirovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR