Şəmkirdə avtomobil aşıb, 2 nəfər ölüb

Şəmkirdə avtomobil aşıb, 2 nəfər ölüb
# 16 iyul 2016 23:31 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR