Nazir: “Bayram günlərində turistlərin valyuta mübadiləsində çətinlik çəkməsi məntiqə zidd vəziyyət idi”

Nazir: “Bayram günlərində turistlərin valyuta mübadiləsində çətinlik çəkməsi məntiqə zidd vəziyyət idi”
# 07 aprel 2016 14:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin valyuta mübadiləsində çətinlik çəkməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir deyib ki, turistlərin bayram günlərində valyuta mübadiləsində çətinlik çəkməsi məntiqə sığmayan vəziyyət idi: “Çünki bayram günlərində bütün dünyada olduğu kimi, Azərbaycanda da həm puldəyişmə məntəqələri, həm də banklar çalışmalıdır”.


Ə. Qarayev qeyd edib ki, bu problem turizm sahəsi ilə banklar arasındakı koordinasiyanın zəif olması ilə əlaqəli deyil: “Azərbaycanda turizm sektorunun digər sahələrlə əlaqəsi mövcuddur. Lakin bəzən bu hallarla rastlaşırıq. Hesab edirəm ki, bu yaxınlarda “Turizm haqqında” yeni qanun layihəsinin qəbulundan, dövlətin turizm sahəsi üzrə yeni inkişaf strategiyası təsdiq olunduqdan sonra bu kimi halların aradan qaldırılması üçün hüquqi baza yaranacaq. Hər bir şirkət, dövlət müəssisəsi, nazirlik öz səlahiyyətləri çərçivəsində turistlərin səfərlərini yüksək səviyyədə təqdim etmək üçün lazımı işlər görəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR