Gəncədə fermerlərə kənd təsərrüfatı texnikaları paylanıb

Gəncədə fermerlərə kənd təsərrüfatı texnikaları paylanıb
# 30 dekabr 2015 12:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. "Aqrolizinq" ASC tərəfindən fermerlərə növbəti dəfə traktor və bir sıra digər kənd təsərrüfatı texnikaları təqdim olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölkənin müxtəlif bölgələrindən olan fermerlərə ümumilikdə Gəncə Avtomobil Zavodunun istehsalı olan 63 Belarus traktoru, Belçika istehsalı olan 12 traktor və 1 kombayn, eləcə də 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib.

66 hüquqi və fiziki şəxsə verilən texnikaların sənədləşməsi "Aqrolizinq" ASC-nin struktur bölmələri və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşları tərəfindən yerindəcə həyata keçirilib.

Tədbir ərəfəsində eyni zamanda ölkənin 10 şəhər və rayonundan olan 38 istifadəçiyə lizinqə verilmiş 1,23 mln. manat dəyərində 89 texnikaya 434 min manatlıq güzəştin tətbiq olunması həyata keçirilib.

Bundan başqa daha 50 fermerdən lizinqə alınan texnikalar üçün 500 min manat dəyərində güzəştin tətbiq edilməsinə dair sənədlər qəbul olunub. Ümumilikdə il ərzində respublikanın 27 rayonundan olan 472 istifadəçiyə 976 texnika üçün 6 mln. 130 min manat güzəşt tətbiq edilib, ödənişləri başa çatan 313 texnika istifadəçilərin mülkiyyətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR