Bakıda Macarıstan səfirliyinin viza mərkəzinin açılışı olub

Bakıda Macarıstan səfirliyinin viza mərkəzinin açılışı olub
# 22 yanvar 2016 12:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Macarıstanın Azərbaycandakı səfirliyinin yeni viza mərkəzi açılıb.

APA-nın xəbərinə görə, açılış mərasimində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski, “BLS İnternational” şirkətinin nümayəndəsi Şailaja Bauntiyal və media nümayəndələri iştirak ediblər.

Macarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən səfir viza mərkəzinin açılmasını ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün mühüm şərt kimi dəyərləndirib. Onun sözlərinə görə, jurnalist, biznesmen və diplomatlarla yanaşı digər vətəndaşların da xaricə səfər etmək imkanları asanlaşdırılmalıdır.

S. Bauntiyal isə viza mərkəzinin açılmasını mühüm hadisə adlandırıb.

Qeyd edək ki, Mərkəz Macarıstana səfər etmək istəyən Azərbaycan vətəndaşlarının viza müraciətlərini qəbul edəcək. Müraciət edənlər əlavə xidmət haqqı ödəməli olacaqlar. Mərkəz saat 08:30-dan 17:00-dək açıq olacaq. “BLS İnternational” şirkəti viza müraciətlərini qəbul edəcək, səfirlik isə müvafiq qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR