Azərbaycan səfiri etimadnaməsini Cibuti prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Cibuti prezidentinə təqdim edib
# 06 iyun 2016 10:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini Cibuti Respublikasının prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, E. Abdullayev Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti ilə münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan diplomat Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bu günədək icra olunmadığını, işğalın davam etdiyini və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini Cibuti prezidentinin diqqətinə çatdırıb.

Cibuti prezidenti İsmayıl Ömər Quelle Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini söyləyərək Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR