“Gəzən kitabxana III” layihəsinə start verilib

“Gəzən kitabxana III” layihəsinə start verilib
# 10 oktyabr 2016 11:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin inzibati binasının qarşısından start götürən layihə ilə bağlı keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Nazir bildirib ki, 2013-cü ildən start götürən “Gəzən kitabxana” layihəsi gənclər arasında böyük marağa səbəb olub: “2013-cü ildə 16741 nəfər, 2014-cü ildə 18971 nəfər kitab oxuyub”.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Bu gündən etibarən ilin sonuna qədər “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR