"Nikoil Bank"ın üç filialının direktoru dəyişib

"Nikoil Bank"ın üç filialının direktoru dəyişib
# 22 aprel 2016 09:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nikoil Bank”ın bir neçə filialının adı və direktoru dəyişdirilib. “APA-Economics” xəbər verir ki, bankın 2 nömrəli filialının direktoru Elçin Quliyev işdən çıxıb. Onun yerinə Ərdabil Quliyev təyin olunub.

Bundan başqa, “Lökbatan” filialının adı dəyişdirilərək 7 nömrəli filial olub. Yeni filialın direktoru isə Zahid Mürsəliyevdir. O, bu vəzifədə sabiq direktor Rəşad Hakimovu əvəz edir.

Digər dəyişikliyə əsasən, 10 nömrəli filialın adı dəyişdirilərək “Nərimanov” adı ilə əvəzlənib. Emin Aslanov isə filialın yeni direktoru təyin olunub. 10 nömrəli filialın sabiq direktoru Rüfət Ruhi isə “Gəncə” filialına direktor gətirilib.

Qeyd edək ki, Rüfət Ruhi bu vəzifədə Elbrus Bodurovu əvəz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR