Təmas qrupu Minskdə bu ilin ilk görüşünü keçirəcək

Təmas qrupu Minskdə bu ilin ilk görüşünü keçirəcək
# 13 yanvar 2016 02:59 (UTC +04:00)

Bakı-APA. Təmas qrupu bu gün Minskdə bu ilin ilk görüşünü keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, paralel olaraq bütün işçi altqruplarında da diskussiyalar bərpa olunacaq. Siyasi məsələlər üzrə altqrup artıq ötən gündən işini bərpa edib. Gündəliyə amnistiya haqqında qanun konsepsiyasının müzakirəsi və Donbasda seçkilər haqqında qanun üzrə danışıqların davam etdirilməsi məsələləri daxil edilib.

Kiyevin siyasi məsələlər üzrə altqrupundakı nümayəndəsi Roman Bessmertnının sözlərinə görə, təmas qrupunun fəaliyyətində, bütövlükdə, əhəmiyyətli dəyişikliklərin baş verməsi gözlənilmir, qrup ötən ildən qalan məsələlərin müzakirəsini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR