Draytulinq üzrə III Açıq Respublika Çempionatı keçirilib

Draytulinq üzrə III Açıq Respublika Çempionatı keçirilib
# 07 dekabr 2015 12:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə III Açıq Respublika Çempionatının başa çatıb.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda müxtəlif regionlardan olan klubları təmsil edən 50-dən çox idmançı iştirak üçün müraciət edib.

Çempionatın sonunda qaliblər Gənclər və İdman Nazirliyinin Diplom və medalları və FAİREX-in sertifikatları ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR