Moskvada Azərbaycanın dövlət müstəqiliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib - FOTOSESSİYA

Moskvada Azərbaycanın dövlət müstəqiliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 oktyabr 2015 20:26 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan İcması Evində keçirilən tədbirdə diaspor üzvləri, hər iki ölkənin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev tədbiri açaraq iştirakçıları ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində rolunu xüsusi vurğulayıb.

Rusiya Federasiyası Dəmir Yolları Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Klinik Xəstəxanasının cərrahiyyə bölməsinin müdiri, professor Fazil Qurbanov isə çıxışında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) üzvlərinə müraciət edərək bildirib: “Siz vətəninizi sevməlisiniz. Onun çiçəklənməsi üçün çalışmalısınız. Bizim hər birimiz özümüzdən “Mən ölkəm üçün nə etmişəm?” soruşmalı və ölkəmizin inkişafına töhfəmizi verməliyik”.

ÜAK-nın müşaviri Manaf Ağayev Azərbaycanın müstəqilliyinə aparan tarixi hadisələr barədə ətraflı danışıb.

Tədbirdə iştirak edən Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədov Azərbaycan İcması Evinə öz əsərlərindən birini bağışlayıb. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin direktoru Mehman Şükürov isə ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və rus icmalarının rolunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR