Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib
# 14 mart 2016 15:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

XİN-in mətbhuat xidmətindən APA-ya verilən məlumata görə, nazir məktubunda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. O, terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu söyləyib.

E. Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR