Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib

Obama Missuri ştatında fövqəladə vəziyyət elan edib
# 03 yanvar 2016 03:21 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə Missuri ştatında fövqəladə vəziyyət elan edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb. Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR