NATO: Əfqanıstanda öldürülən hərbçi Gürcüstan kontingentinin əsgəri olub

NATO: Əfqanıstanda öldürülən hərbçi Gürcüstan kontingentinin əsgəri olub
# 23 sentyabr 2015 16:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Əfqanıstanda silahlı hücum nəticəsində öldürülən NATO hərbçisinin milliyyətcə gürcü olduğu məlum olub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, məlumatı NATO və Gürcüstan rəsmiləri təsdiqləyiblər.

Gürcü əsgəri paytaxt Kabildan şimalda yerləşən Baqram hava bazası yaxınlığında baş vermiş toqquşma zamanı öldürülüb.

NATO-nun məlumatına görə, ilin əvvəlindən bəri Əfqanıstanda alyansın 9 hərbçisi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR