Saatlıda oğurluq edən şəxs saxlanılıb

Saatlıda  oğurluq  edən şəxs  saxlanılıb
# 01 aprel 2016 20:05 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlıda öz xalası evindən oğurluq edən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən Heydərabad kənd sakini Mehdiyev Mərhəmət Əlövsət oğlu saxlanılıb.

Mart ayının 26-da Saatlı rayonu Heydərabad kənd sakini İbişov Failə məxsus iri buynuzlu heyvanın oğurlandığı haqda Saatlı rayon polis şöbəsinə məlumat verilib.

Daxil olan məlumat əsasında məlum olub ki, hadisəni ev sahibinin xalası oğlu Mehdiyev Mərhəmət törədib.

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR