SOCAR "İNG Bank"dan 5 mln. dollar cəlb edib

SOCAR "İNG Bank"dan 5 mln. dollar cəlb edib
# 15 dekabr 2015 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Rumıniyada fəaliyyət göstərən törəmə şirkəti "SOCAR Petroleum SA" Niderland Krallığının "İNG Bank"ından 5 mln. ABŞ dolları həcmində kredit cəlb edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə "İnterfax" agentliyi yazır.

Bildirilir ki, "SOCAR Petroleum SA" noyabrda bununla bağlı qərar qəbul edib.

Məlumatda həmçinin qeyd edilir ki, kreditin məbləği lazım olduğu halda 10 mln. dollara qədər artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR