Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərlə əlaqədar səs verirlər

Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərlə əlaqədar səs verirlər
# 18 sentyabr 2016 10:19 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycanda yaşayan rusiyalılar Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar səs verir.

APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səfirlikdə açılmış seçki məntəqəsində səs verib.

V. Doroxin Azərbaycan hakimiyyətinə Rusiya səfirliyində səsvermənin keçirilməsi və təhlükəsizliyin təmin edilməsinə kömək göstərdiyi üçün təşəkkür edib. Səfirlikdəki səsvermə məntəqəsi saat 08.00-da açılıb, saat 20.00-da bağlanacaq.

Qeyd edək ki, 2011-ci ildə Dövlət Dumasına seçkilərdə Azərbaycanda yaşayan 1654 Rusiya vətəndaşı səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR