Ötən ay Azərbaycanda pul bazası artıb

Ötən ay Azərbaycanda pul bazası artıb
# 03 oktyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sentyabr ayında Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 698,3 mln. manat artıb. Başqa sözlə, sentyabrda ölkədə pul bazası 11% artaraq 7 050,4 mln. manat olub.

Xatırladaq ki, avqust ayında pul bazası 6 352,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR