BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib

BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib
# 22 avqust 2016 13:41 (UTC +04:00)

Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fəxri xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb

O, Ə. Elçibəyin xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib: " Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR