Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var
# 27 sentyabr 2016 02:00 (UTC +04:00)

Bakı-APA. Kanadanın Kvebek əyalətində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “Cessna 206” təyyarəsi Fermon yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Məlumata görə, təyyarənin pilotu ağır yanıq xəsarətlər ilə xəstəxanaya çatdırılıb. Onun iki sərnişini isə hadisə yerində ölüb. İnsidentlə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR