Azərbaycanın sığorta bazarı 5%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 5%-dən çox böyüyüb
# 29 dekabr 2015 07:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 mln. manat sığorta haqqı toplanıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR