Yay Olimpiya Oyunlarında uğur qazanacaq Azərbaycan idmançılarına veriləcək pul mükafatlarının məbləği müəyyənləşib

Yay Olimpiya Oyunlarında uğur qazanacaq Azərbaycan idmançılarına veriləcək pul mükafatlarının məbləği müəyyənləşib
# 18 iyul 2016 16:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamla XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR