Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivalda iştirak edəcək
# 19 aprel 2016 13:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival mayın 2-dən 15-dək Trabzon şəhərində təşkil olunacaq.

Teatr festivalda ölkəmizi Rumın dramaturqu Matey Vişnekin “Qoca kloun” tamaşası ilə təmsil edəcək.

Tədbirdə iştirak etmək üçün yaradıcı kollektiv teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə aprelin 27-də Trabzona yola düşəcək. 2 may tarixində festivalın təntənəli açılış mərasimi keçiriləcək, 3 may tarixində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində “Qoca kloun” tamaşası Beynəlxalq Münsiflər heyətinə təqdim olunacaq.

Quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov olan tamaşada rejissorla yanaşı gənc aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov və Müşfiq Əliyev çıxış edirlər.

Səfər müddətində M. Həmidovun bir neçə xarici ölkə teatr rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR