Kənd məktəblərini seçən müəllimlərin sayı artıb

Kənd məktəblərini seçən müəllimlərin sayı artıb
# 04 mart 2016 09:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 3068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib ki, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi müəllim peşəsinə marağın artmasına bilavasitə təsir edib.

Hesabatda qeyd olunub ki, əgər 2 il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, 2015-ci ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub: “Kənd məktəblərində işə qəbul olunmuş 1 800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həvəsləndirmə tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin əvvəlki dərs ilinə nisbətən 30 faiz artmasına səbəb olub. Eyni zamanda, kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı yeni təkliflər hazırlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR