Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında əsirlərin mübadiləsi baş tutub

Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında əsirlərin mübadiləsi baş tutub
# 27 mart 2016 23:53 (UTC +04:00)

Bakı-APA. Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında ilk dəfə əsirlərin mübadiləsi baş tutub

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu husilərin mətbuat katibi Məhəmməd Əbdül Salam bəyan edib.

Onun sözlərinə görə, mübadilə zamanı 100 müxalif döyüşçü müqabilində 9 Səudiyyə Ərəbistanı əsgəri qarşı tərəfə təhvil verilib.

Məlum olduğu kimi, hazırda üsyançı husilər və Səudiyyə Ərəbistanı arasında Yəməndə münaqişənin nizamlanmasına dair danışıqlar aparılır. Bu, 2015-ci ildə tərəflər arasında döyüş əməliyyatı başlanandan bəri ilk görüşdür.

Qeyd edək ki, bundan əvvəl BMT baş katibinin xüsusi elçisi İsmayıl uld Şeyx Əhməd Yəməndə atəşkəs rejiminin aprelin 10-dan qüvvəyə minəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR