Şirkətdən və dəmir yolu stansiyasından oğurluq edilib

Şirkətdən və dəmir yolu stansiyasından oğurluq edilib
# 01 fevral 2016 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda şirkətdən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Əfrasiyab Mirzəyevə məxsus “Bina-İnşaat” MTK-nın həyətindən 6000 manat dəyərində inşaat materialları oğurlamış Bakı şəhər sakini Felman Həsənov, Beyləqan rayon sakini Rövşən Abdullayev və Masazır qəsəbə sakini Elməddin Məhərrəmov tutulublar.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 31-də Şirvan dəmir yolu stansiyasının ərazisində rabitə kabelinin 22 metrlik hissəsini kəsib oğurlamış şəhər sakinləri İsmayıl Gözəlov, Tural Yusifov, Daşqın Mütəllimov, Elvin Mikayılov və qardaşı Cavid tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR