“Donuz qripi”nə qarşı 2 ali məktəb, 6 lisey, 2 kollec, 5 internat məktəbi dezinfeksiya olunub

“Donuz qripi”nə qarşı 2 ali məktəb, 6 lisey, 2 kollec, 5 internat məktəbi dezinfeksiya olunub
# 05 fevral 2016 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Donuz qripi” təhlükəsinə qarşı Bakıda dezinfeksiya işləri aparılan təhsil müəssisələrinin sayı açıqlanıb. Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova APA-ya açıqlamasında deyib ki, dünəndən etibarən paytaxtın bütün təhsil müəssisələrində “donuz qripi”nə qarşı dezinfeksiya işlərinə başlanılıb.

Onun sözlərinə görə, bu günə kimi Bakıdakı 6 lisey, 2 kollec, 1 gimnaziya, 3 peşə liseyi, 5 internat məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Memarlıq və İnşaat Universitetində “donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılıb.

K. Cəfərova qeyd edib ki, paytaxtdakı təhsil müəssisələrində dezinfeksiya işlərinin gələn həftə başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR