Marneulidə məscidin qapıları oğurlanıb

Marneulidə məscidin qapıları oğurlanıb
# 27 iyul 2016 10:00 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Baydar kəndində məscidin qapıları oğurlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında baş verib.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Oğurluğun bir nəfər deyil, qrup halında edildiyi ehtimal olunur.

Məscidin imamı Xəmməd Muxayev qapıların oğurlanmasının qəsdən baş verdiyini, hadisənin ona sataşmaq məqsədi ilə törədildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR