Bakı - APA. Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkənin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.
Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır.
Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Ordusu üçün sursat və mərmilərin əlavə ehtiyatı yaradılır
04 may 2016 17:03 (UTC +04:00)
Hərbi
HDQ və FHN-in birgə təliminin yekun nəticələri təhlil edilib
17:43
3 may 2024
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
15:22
3 may 2024
Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib
13:19
3 may 2024
Azərbaycan Ordusunun hərbçiləri “EFES - 2024” təlimində tapşırıqları yerinə yetirirlər
12:03
3 may 2024