Professor: "Bəzi bələdiyyə başqanlarını Ermənistan məclisində alqışlayırlar”

Professor: "Bəzi bələdiyyə başqanlarını Ermənistan məclisində alqışlayırlar”
# 20 fevral 2016 21:12 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. ”Cənubi-Şərq bölgələrimizin bəzi bələdiyyə başqanlarını Ermənistan məclisində alqışlayırlar”.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri İstanbulda “Etnik tələnin pərdə arxası” mövzusunda çıxışında sosioloq, professor Mustafa Ərkal deyib.

Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi konfransda çıxış edən professor Mustafa Ərkal ölkənin cənubi-şərq bölgələrindəki bəzi proseslərin ASALA terror təşkilatının qanlı əməllərini xatırlatdığını və PKK terror təşkilat ilə ASALA arasında bağlılıq olduğunu vurğulayıb.

Cənubi-şərq bölgələrindəki bəzi bələdiyyələrin işlərinə də diqqəti cəlb edən professor Ərkal deyib: “Oradakı bəzi bələdiyyə başqanlarını Ermənistan məclisində alqışlayırlar. Təəssüf ki, o bələdiyyə başqanlarının qanuna zidd əməlləri ilə bağlı lazımi hüquqi addımları atılmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR