Sabunçuda 66 yaşlı kişini maşın vurub

Sabunçuda 66 yaşlı kişini maşın vurub
# 18 may 2016 04:45 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, rayonun Pirşağı qəsəbəsində naməlum avtomobil 66 yaşlı Emin Mirzəliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Qəza baş verən ərazidə polis əməkdaşları olublar. Sürücünün tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR