Məleykə Abbaszadə Beyləqanda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Beyləqanda vətəndaşları qəbul edib
# 08 aprel 2016 16:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Beyləqan şəhərində Beyləqan, Füzuli, Zərdab və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gələnlər əsasən diplomun alınması, leqallığı, rezidenturaya qəbul və digər məsələlər barədə müraciət edib, təhsilin inkişafı ilə bağlı təkliflər irəli sürüblər.

TQDK-nın sədri M.Abbaszadə hər bir vətəndaşı diqqətlə dinləyib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qismi barədə vətəndaşlara ətraflı izahat və məsləhətlər verilib. Komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR