Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb

Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb
# 03 mart 2016 12:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, iclas martın 16-na kimi təxirə salınıb.

Onun sözlərinə görə, hakim ilkin baxış iclasının qərarından kassasiya şikayəti vermək üçün bir ay vaxt olduğunu, qərardan kassasiya şikayəti verilmədiyini və bu vaxt bitmədiyinə görə prosesin təxirə salındığını deyib.

Vəkil isə bu qərarın düzgün olmadığını açıqlayıb: “Biz bununla bağlı hakimlərin məsuliyyəti məsələsini qaldıracağıq”.

F. Ağayev onu da deyib ki, Rauf Mirqədirovun səhhətində problem var, görmə qabiliyyəti də zəifləyib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR