Dövlət Dəniz Administrasiyası səlahiyyətlərindən birini itirməsini rəsmən təsdiq edib

Dövlət Dəniz Administrasiyası səlahiyyətlərindən birini itirməsini rəsmən təsdiq edib
# 27 may 2016 14:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət Dəniz Administrasiyasının Kollegiyası “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.


APA-nın məlumatına görə, dəyişiklik “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” prezidentin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli fərmanı ilə əlaqədardır.

Həmin fərmana əsasən xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin yeni siyahısı təsdiqlənib. Həmin siyahıda su nəqliyyatı ilə yük və sərnişin daşınması ilə bağlı fəaliyyətlə əlaqədar lisenziya alınması əksini tapmayıb, yəni bu fəaliyyət növü ilə bağlı lisenziya ləğv edilib. Bununla əlaqədar Dövlət Dəniz Administrasiyasının Kollegiyası “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Həmin qərara əksini tapan “Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR