Britaniya Müdafiə Nazirliyi Rusiya təyyarələrinə atəş açmaq barədə əmr olduğunu təkzib edib

Britaniya Müdafiə Nazirliyi Rusiya təyyarələrinə atəş açmaq barədə əmr olduğunu təkzib edib
# 12 oktyabr 2015 11:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Böyük Britaniya Müdafiə Nazirliyi Krallıq Hava Qüvvələrinə məxsus təyyarələrə ehtiyac yaranarsa, Rusiyanın Suriyadakı hava qüvvələrinə atəş açmaq barədə əmr verilməsinə dair məlumatları təkzib edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi blogu olan “Defence in the Media” məlumat yayıb: “Bu məlumatlar həqiqətə uyğun deyil.”

Xatırladaq ki, müvafiq əmrin verilməsi barədə informasiya 11 oktyabr tarixində “Daily Star Sunday” nəşrində yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR