MSK deputatlığa namizədliyi qeydə alınmayanların şikayətlərinə baxıb

MSK deputatlığa namizədliyi qeydə alınmayanların şikayətlərinə baxıb
# 16 oktyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Bəxtiyar Ağazadə, 35 Xətai III Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Mübariz Salayevin namizədliklərinin müvafiq dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

Qeyd edək ki, MSK 35 Xətai III Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Mübariz Salayevin namizədliyinin qeydə alınmaması barədə müvafiq DSK-nın qərarından şikayətinə ikinci dəfə baxıb. Bundan əvvəl DSK-nın qərarında M. Salayevin Müsavat Partiyasının deyil, mövcud olmayan Yeni Müsavat Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyü qeyd olunduğu üçün MSK DSK-nın qərarını ləğv edib, yenidən baxılması üçün DSK-ya göndərmişdi.

MSK 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Mahmud Hacılının namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb, DSK-nın qərarını ləğv edib, M. Hacılının namizədliyi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR