APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud tərəfindən verilib.
“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik”, deyə “Əl Ərəbiyə” telekanalı kralın bəyanatından sitat gətirib.
Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdiham nəticəsində 717 nəfər ölüb, 880-dən çox zəvvar xəsarət alıb.