Ağ Ev: İŞİD-in sıraları genişlənməkdə davam edir

Ağ Ev: İŞİD-in sıraları genişlənməkdə davam edir
# 07 dekabr 2015 10:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İŞİD terror qruplaşması İraq və Suriyada ciddi itkilərlə üzləşməsinə baxmayaraq, say və ərazi etibarilə genişlənməkdə davam edəcək.

APA-nın “Foxnews”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yeni hazırlanmış kəşfiyyat məruzəsində deyilir.

Məruzədə yer alan məlumatlar prezident Obama və digər Ağ Ev rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarla ziddiyyət təşkil edir. Belə ki, daha əvvəl rəsmi səviyyədə səsləndirilən bəyanatlarda koalisiya qüvvələrinin aviazərbələri və mötədil qruplara təlim keçilməsi üçün göndərilən 3500 hərbi qüvvənin əməyi sayəsində İŞİD-in irəliləməsinin dayandırıldığı vurğulanırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR